Milli Məclisdə yeni komissiyalar yaradılır

Milli Məclisdə yeni komissiyalar yaradılır
15:20

Azərbaycan Respublikası Milli Məclisində iki yeni komissiya formalaşdırıacaq.

News365.az-ın məlumatına görə, parlamentin yaz sessiyasının ilk plenar iclası zamanı Hesablayıcı və İntizami komissiyasının yaradılması məsələsi müzakirəyə çıxarılacaq.

Bildirək ki, Hesablayıcı Komissiya parlamentdə səsvermələrin düzgün aparılmasına, nəticələrin dəqiqliklə hesablanmasına və iclas prosedurlarına nəzarət edəcək.

İntizami komissiysı isə Milli Məclis daxilində davranış qaydalarının, etik normaların və intizam tələblərinin gözlənilməsi ilə bağlı məsələlərə baxacaq, pozuntuların araşdırılması ilə məşğul olacaq.

Hər iki komissiyanın tərkibi yaxın günlərdə təsdiqlənəcək./// bakıvaxtı


Sizin reklam burada
Sizin reklam burada