Körfəzdə ABŞ hərbi mövqeləri - Bölgə ölkələri narahatdır

Körfəzdə ABŞ hərbi mövqeləri - Bölgə ölkələri narahatdır
14:08

Hərbi gəmilərin İran körfəzinə yaxınlaşması bölgədə diqqəti çəkən hərəkətlər kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, ABŞ-ın Abrams Linkoln təyyarədaşıyan gəmisi və ona dəstək olan birləşmələrin hərəkətləri sadəcə təsadüfi deyil, uzun müddət planlaşdırılan əməliyyat hazırlıqlarının göstəricisidir.

Hərbi ekspert Ramil Məmmədli News365.az-a açıqlamasında bildirib ki, ordu birləşmələrinin yer dəyişdirilməsi uzun müddət planlaşdırılan və ciddi xərclər tələb edən prosesdir.


Onun sözlərinə görə, heç bir dövlət bu cür böyük hərbi əməliyyatları sadəcə görüntü yaratmaq və ya qorxutmaq məqsədilə həyata keçirə bilməz.

Məmmədli əlavə edib ki, Abrams Linkoln təyyarədaşıyan gəmisi və ona dəstək olan köməkçi gəmilər, eləcə də sualtı gəmilər İran körfəzi və Oman ərazisinə yaxınlaşaraq müəyyən əməliyyatların hazırlığından xəbər verir.

Ekspert vurğulayıb ki, bu vəziyyət Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ və Çin tərəfindən diqqətlə izlənilir. Əsas narahatlıq isə Körfəz ölkələri, xüsusilə ərəb dünyası tərəfindən hiss olunur.


Sizin reklam burada
Sizin reklam burada