Zidan bu komandanı çalışdıracaq

Zidan bu komandanı çalışdıracaq
14:30

Zinəddin Zidanın arzusu gerçək olur.

News365.az xəbər verir ki, o, Fransa yığmasının yeni baş məşqçisi olacaq.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Qeyd edək ki, Fransa milli komandasının hazırki baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra vəzifəsini tərk edəcək. Onu Z. Zidan əvəzləyəcək.

O, 2021-ci ildən bəri heç bir klub və ya komanda çalışdırmayıb. Buna baxmayaraq o, Avropanın ən yaxşı liqalarını və eləcə də Liqa 1-i yaxından izləyir, onun artıq gələcək komandası üçün fikirləri var.


Sizin reklam burada
Sizin reklam burada