Zərdab rayonunun Qoşaoba kəndində həmkəndlilər arasında münaqişə bıçaqlanma ilə nəticələnib.
News365.az xəbər verir ki, kənd sakini Mirzə Cəfərli mübahisə zəminində həmyerlisi Süleyman İsmayılova bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. M.Cəfərli isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.