“Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə İran da barışacaq” - Deputat

“Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə İran da barışacaq” - Deputat
14:10

“Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə İran da barışacaq”

News365.az xəbər verir ki, Milli Məclisin deputatı Zaur Şükürov Ermənistanın son səfərləri və regional proseslər barədə açıqlama verib.

Onun sözlərinə görə, İrəvanın həyata keçirdiyi son diplomatik səfərin məqsədi mövcud münasibətlərin dəyərləndirilməsi və gələcək inkişaf perspektivlərinin müzakirəsi olub:
“Ermənistan səfərinin əsas istiqamətlərindən biri Zəngəzur dəhlizi ilə bağlı məsələlər idi. ABŞ rəsmilərinin səfərdən əvvəl verdiyi açıqlamalar da bunu təsdiqləyir. Qeyd etmək lazımdır ki, bəzi mühafizəkar mövqelərdən fərqli olaraq, ABŞ tərəfi daha yumşaq ritorika sərgilədi”.

Deputat bildirib ki, İran Prezidentinin son səfəri zamanı üçüncü qüvvələrin regiondakı mövcudluğundan narazılıq ifadə olunub:
“Unutmayaq ki, artıq Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Ermənistanla uzunmüddətli razılaşma əldə olunub. Ermənistanla ABŞ arasında 99 illik icarə müqaviləsi imzalanıb, həmçinin üç memorandum təsdiqlənib. Bunlardan biri Ermənistanın daxili və beynəlxalq nəqliyyat xətlərinə gələcək investisiya layihələrinin reallaşdırılmasını nəzərdə tutur”.

Zaur Şükürov hesab edir ki, mövcud geosiyasi reallıq qarşısında Tehran da mövqeyini dəyişməyə məcbur qalacaq:
“Fikrimcə, müəyyən müddətdən sonra İran tərəfi də bu prosesi qəbul edəcək və Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə barışacaq”.

News365.az



Sizin reklam burada
Sizin reklam burada