Zelenski Türkiyəyə səfər edəcək

Zelenski Türkiyəyə səfər edəcək
14 Fev 2025 17:01

Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb.

News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, o, bu barədə 61-ci Münhen Təhlükəsizlik Konfransında açıqlama verib.

Yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcəyini deyən Zelenski Rusiya-Ukrayna müharibəsi və humanitar yardım proqramları çərçivəsində əsir mübadiləsi məsələsi ilə bağlı danışıqlar aparacağını bildirib.

Zelenski qeyd edib ki, Türkiyəyə səfəri zamanı ABŞ və ya Rusiya nümayəndələri ilə hər hansı görüş planlaşdırmayıb.


Sizin reklam burada
Sizin reklam burada