Aparıcı Leyla Mustafayevanın evinə meteorit daşı düşdüyü təsdiqlənib.
News365.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, daşın meteorit olduğu Geologiya və Geofizika İnstitutu tərəfindən rəsmi şəkildə təsdiq olunub.
Çəkisi 2 kiloqram 340 qram olan daş bir həftə əvvəl aparıcının evinin həyətinə düşüb.
O, daşı satışa çıxaracağını söyləyib.