İyulun
31-də axşam saatlarında Gürcüstan Hərbi Yolu bütün nəqliyyat üçün bağlanıb. Səbəbsə
təbii fəlakətdir. Yoldan güclü sel keçib. Artıq üç mindən çox yük maşını
elektron növbəyə yığılıb.
News365.az
xəbər verir ki, Şimali Osetiyada sel səbəbindən cümə axşamı axşam saatlarında
Gürcüstan Hərbi Yolu bütün nəqliyyat növləri üçün bağlanıb. Şimali Osetiya Fövqəladə
Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Gürcüstanda
hava şəraitinin pisləşməsi, sel, avtonəqliyyat vasitələrinin təhlükəsiz
keçidinin təmin edilməsinin mümkünsüzlüyü ilə əlaqədar bütün növ nəqliyyat
vasitələrinin hərəkəti qadağan edilib.
Bakı vaxtı
ilə saat 19:40-dan Rusiya sərhədi istiqamətində Vladiqafqaz - Lars hissəsində nəqliyyatın
hərəkəti növbəti xəbərdarlığa qədər bağlıdır.
Rusiya
Federasiyası, Gürcüstan və Ermənistanı birləşdirən yolun açılmasını gözləyən 3
mindən çox ağır yük maşını elektron növbəyə yazılıb.
News365.az