Yunanıstanın Avropa Parlamenti üzvü Afroditi Latinopulu ilə bağlı qalmaqal yayılıb.
News365.az-ın məlumatına görə, Latinopulu “Patriots for Europe” (Avropa üçün Vətənpərvərlər) partiyasının üzvüdür və onun partiyasının təsis sənədindəki bəzi imzalar saxtalaşdırıldığı iddia olunur.
Yunanıstanın ədliyyə naziri Yorqos Floridis çərşənbə axşamı parlamentdə çıxışı zamanı Afroditi Latinopulunun barəsində cinayət işi açıldığını bildirib. Hazırda məsələ prokurorluq tərəfindən araşdırılır. Latinopulunun partiyasının nümayəndəsi isə ittihamları qəti şəkildə rədd edib.
News365.az