Yeni il gecəsi güclü maqnit qasırğası olacaq

Yeni il gecəsi güclü maqnit qasırğası olacaq
31 Dek 2024 09:10

Yeni il gecəsi Yer kürəsində güclü maqnit qasırğası baş verə bilər.

Bu barədə “RİA Novosti” Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasına istinadən məlumat yayıb.

Proqnoza görə, dekabrın 31-i səhər saatlarında zəif maqnit qasırğasının olması ehtimalı var. Günorta qasırğanın G3-ə qədər arta biləcəyi gözlənilir. Axşama doğru isə maqnit qasırğası zəifləyəcək və 2025-ci il yanvarın 1-i səhərə qədər Yerin maqnitosferi tamamilə sakitləşəcək.

Eyni zamanda, dekabrın 31-də maqnit qasırğasının baş vermə ehtimalı 15 faiz, güclü maqnit qasırğasının başvermə ehtimalı isə 25 faiz təşkil edir. Yanvarın 1-də bu göstərici müvafiq olaraq 40 və 25 faizdir.


Youtube kanalımız