Yelləncəkdən yıxılan 7 yaşlı qızın SON DURUMU

Yelləncəkdən yıxılan 7 yaşlı qızın SON DURUMU
17 İyl 2025 15:00

Gəncədə yelləncəkdən yıxılan 7 yaşlı qızın vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.

Gəncə Birləşmiş Xəstəxanadan verilən məlumata görə, 17.07. 2025-ci il tarixdə saat 01: 50 radələrində 2018-ci il şəxs (qadın cinsli) Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Birləşmiş Uşaq xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

Ona baş beyinin silkələnməsi diaqnozu qoyulub:

"Vəziyyəti orta ağır olan azyaşlının müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir" deyə məlumatda qeyd olunur.


Sizin reklam burada
Sizin reklam burada