Yatdığı yerdə qızdırıcı yandı - Tüstüdən boğuldu

Yatdığı yerdə qızdırıcı yandı - Tüstüdən boğuldu
10:18

Qusarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News365.az xəbər verir ki, hadisə dünən saat 10 radələrində Aşağı Ləgər kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Ramik Carulla oğlu Müslümovun tək yaşadığı evin yataq otağında elektrikli qızdırıcı yanaraq əriyib.

Hadisə nəticəsində o, yatdığı yerdə kəskin qoxulu tüstüdən boğularaq ölüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada