Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Ramban rayonunda baş verən daşqınlar və torpaq sürüşməsi ikisi uşaq olmaqla, üç nəfərin həyatına son qoyub.
Bu barədə “Xinxua” agentliyinə istinadən xəbər verir.
Təbii fəlakət nəticəsində bir çox evləri, obyektləri, yolları su aparıb.
Yüzə yaxın insan xilas edilərək müvəqqəti reabilitasiya düşərgəsinə aparılıb.