Bu marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

Bu marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
19 Apr 2025 20:59

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.


Bu barədə news365.az-a AYNA-dan bildirilib.


Avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.


Sizin reklam burada
Sizin reklam burada