"Hilton" hotelinin yaxınlığında ATIŞMA

"Hilton" hotelinin yaxınlığında ATIŞMA
20 Apr 2025 16:45

Bu gün səhər saatlarında Almaniyanın paytaxtı Berlinin mərkəzindəki "Hilton" hotelinin yaxınlığında atışma baş verib.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, saat 04:45-də Berlində Mohrenştrass və Şarlottenştrass küçələrinin kəsişməsində yerləşən "Hilton" hotelinin yaxınlığında atışma baş verib.

İnsident nəticəsində azı bir nəfər xəsarət alıb. Polis hadisənin mübahisə zəminində baş verdiyi versiyası üzərində dayanır, iki şübhəli axtarışa verilib. Bundan başqa, atışma yeri də mühasirəyə alınıb.


Sizin reklam burada
Sizin reklam burada