Çadda həbsxanadan qaçmağa cəhd nəticəsində azı dörd nəfər ölüb

Çadda həbsxanadan qaçmağa cəhd nəticəsində azı dörd nəfər ölüb
16:38

Çadın mərkəzində Monqo həbsxanasından qaçmağa cəhd edən dörd məhbus ölüb.

Bu barədə “Xinxua” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, müəssisədəki pis şəraitə etiraz olaraq həbsxanaya gizli şəkildə silah gətirilib. Sonra məhbuslar fürsətdən istifadə edərək həbsxanadan qaçıblar.

Yerli təhlükəsizlik rəsmiləri insident zamanı dörd məhbusun öldüyünü və bir neçə həbsxana mühafizəçisinin yaralandığını bildirib.

Məlumata görə, 130-dan çox məhbus qaça bilib.


Sizin reklam burada
Sizin reklam burada