Xuramanın rəqsi gündəm oldu - VİDEO

Xuramanın rəqsi gündəm oldu - VİDEO
16 Sen 2024 15:58

Müğənni Xuraman Şuşalı övladları Sura, Məryəm, Məhəmməd və Abbas ilə bağlı məzəli paylaşım edib.

News365.az xəbər verir ki, tədris ilinin başlaması ilə uşaqlarını evdən məktəbə yola salan sənətçi bu anları çəkərək instaqram səhifəsində yayımlayıb.

Sözügedən videoda övladlarının məktəbə getməsini Xuraman bayram edərək qapı önündə qol qaldırıb, rəqs edib.

Həmin görüntülərə ifaçı "Şükür məktəb açıldı uşaqlar telefondan heç olmasa qurduldu. Axır ki, o gün gəldi..." şərhini yazıb.

Qeyd edək ki, Xuraman Şuşalı "İctimai" televiziyasında çalışan rejissor Elçin Məmmədovla ailəlidir. 



Youtube kanalımız

Oxşar xəbərlər