XİN Pakistana başsağlığı verdi

XİN Pakistana başsağlığı verdi
16:17

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslamabadda məsciddə baş verən partlayışın qurbanları ilə bağlı Pakistana başsağlığı verib.

News365.az xəbər verir ki, bununla bağlı XİN-in feysbuk hesabında paylaşım edilib.

“İslamabadda məsciddə törədilmiş və günahsız insanların həlak olmasına, bir çoxunun yaralanmasına səbəb olmuş faciəvi terror aktı ilə əlaqədar olaraq Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

İbadət edən insanları müqəddəs məkanda hədəf alan bu dəhşətli zorakılıq və terror aktını qətiyyətlə pisləyirik.

Dualarımız partlayış qurbanlarının ailələri ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Azərbaycan qardaş Pakistanla həmrəydir, sülhə, sabitliyə və terrorizmin bütün formalarına qarşı mübarizəyə qəti dəstəyini bir daha təsdiqləyir”, - paylaşımda deyilir.


Sizin reklam burada
Sizin reklam burada