Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki Səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə cavab olaraq bildirib ki, həmvətənlərimiz yüngül xəsarət alıblar.
Məlumata görə, onların vəziyyətləri yaxşıdır: “Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur”.