"Tramp Kiyevi NATO-ya buraxmayacaq!" -Analitik

"Tramp Kiyevi NATO-ya buraxmayacaq!" -Analitik
13 Noy 2024 09:23

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı gərgin vəziyyəti həll etmək planına Moskvanın nəzarətində olan ərazilərin Rusiyaya verilməsi və Kiyevin NATO-ya üzvlüyünün rədd edilməsi daxildir. Bunu türkiyəli politoloq Umur Tuqay Yücel Rusiya mediasına açıqlamasında deyib.

“Trampın ilkin təklifi Rusiyanın hazırda nəzarətində olan ərazilərin bu ölkənin tərkibində qalması olacaq. Bununla belə, Ukraynanın NATO-ya üzv olmayacağı da dəqiqdir”, - ekspert qeyd edib.

Yücelin sözlərinə görə, Rusiya ordusunun Ukraynadakı uğurları Qərb ölkələrini xeyli düşündürməyə başlayıb. Məhz buna görə də analitik iddia edib ki, Ukrayna ilə bağlı danışıqlar 2025-ci ildə başlaya bilər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər