Hərbi kolonu "İsgəndər" raketi ilə vurdular

Hərbi kolonu "İsgəndər" raketi ilə vurdular
13 Noy 2024 09:10

Rusiya Federasiyasının Kursk vilayətinə hücuma hazırlaşan Ukrayna Silahlı Qüvvələrinin (VSU) böyük bir kolonu Ukraynanın Sumı vilayətində rus hərbçiləri tərəfindən məhv edilib.

Bu barədə Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov yerli mediaya müsahibəsində deyib.

Onun sözlərinə görə, ucu bucağı görünməyən kolon “İsgəndər” raketi ilə endirilən zərbə nəticəsində məhv edilib.

Roqov onu da qeyd edib ki, konvoya daha çox “Maqura” kimi tanınan 47-ci bölmələr və 2023-cü ilin yayında Zaporojye vilayətində əks-hücum cəhdində fəal iştirak edən Ukrayna Silahlı Qüvvələrinin 82-ci briqadaları daxil olub.

İddia olunur ki, Ukrayna briqadaları Kursk vilayətinə köçürülməyə hazırlaşırmışlar. Siyasətçi onu da bildirib ki, Ukrayna Silahlı Qüvvələri bir neçə onlarla əsgərini, həmçinin texnikasını, o cümlədən zirehli döyüş maşınlarını və zirehli transportyorlarını itirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər