Sammitin təhlükəsizliyinə 9 min hərbçi cəlb etdilər

Sammitin təhlükəsizliyinə 9 min hərbçi cəlb etdilər
13 Noy 2024 10:05

Braziliya noyabrın 18-19-da Rio-de-Janeyroda keçiriləcək G20 sammitində təhlükəsizliyi təmin etmək üçün 9 min hərbçini səfərbər edəcək. Bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Hərbçilər dəniz və daxili sulara, limanlara, hava məkanına, hava limanlarının təhlükəsizliyinə, kibertəhlükələrə nəzarət edəcəklər. Prezident Luiz İnasio Lula da Silva bununla bağlı müvafiq fərman imzalayıb.

Braziliya 2023-cü il dekabrın 1-də G20-yə sədrlik edib. Yekun sammit isə 18-19 noyabrda Rio-de-Janeyroda baş tutacaq.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər