Rusiyanın Kursk bölgəsindəki əks-hücumları hələlik müvəffəqiyyətlə başa çatmır. Hətta ruslar texnikalar sarıdan böyük itkilər veriblər. Bu fikirlər Forbes-də dərc olunan məqalədəndir.
Nəşrin köşə yazarı Devid Eks yazıb ki, altı gün ərzində ukraynalı pilotsuz təyyarə operatorları cəbhənin məlum hissəsində 77 məhv edilmiş Rusiya zirehli texnikasını müəyyən ediblər.
"Bu, üç rus batalyonu üçün kifayət edən saydır. Həmçinin bütün bunlar yalnız videoda görünən və təsdiqlənən faktlardır. Rusiyanın faktiki itkiləri daha çox ola bilər", - analitik yazıb.
Çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın rekord sayda-bir gündə 1950 nəfər itki verməsi, eləcə də 104 zirehli texnikanın məhv edilməsi barədə məlumat vermişdi. Eyni zamanda, bu itkilərin əsas hissəsi Kursk vilayətinin payına düşüb. Çünki oradakı döyüşlər digər sektorlardakından ən azı iki dəfə intensiv gedir.
Eks qeyd edib ki, Kreml bir neçə briqadasını yeni nəqliyyat vasitələri, o cümlədən 51-ci hava-desant alayı və 810-cu dəniz piyadaları ilə təmin etdib. Daha sonra onları Kurska çatdırıb. Bununla belə Ukrayna briqadaları ruslara uğurla müqavimət göstəriblər. Hətta Novoivanovka yaxınlığında irəliləyərək Kurskda cəbhə xəttinin bir neçə istiqamətində əks-hücumlar həyata keçirməyə nail olublar.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural