Azərbaycanın sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorkda görüntülənib. Musavat.com-un yayımladığı görüntülərdə qazaxıstanlı bloger Madina Su Nyu-Yorkun məşhur 5-ci prospektində (New York, Avenue 5) doğum günü videosunu çəkərkən, təsadüfən Azərbaycanın keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayev də olub.
News365.az məsələ ilə bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb. Sabiq nazir yayılan görüntülərə görə bərk əsəbləşib:
"Yayılan videodan məlumatım var. Boş-boş şeylərdi yazırlar. Mən hazırda Böyük Britaniyadayam. Kimin haqqımda nə yazması məni qəti maraqlandırmır".