Həkimlər 20 ildir nəhəng şişlə yaşayan 95 yaşlı qadını xilas etdilər

Həkimlər 20 ildir nəhəng şişlə yaşayan 95 yaşlı qadını xilas etdilər
13 Noy 2024 10:45

Rusiyada həkimlər növbəti dəfə qəhrəmanlıq göstəriblər. Tümendəki 9 saylı regional xəstəxananın həkimləri 20 ildir nəhəng yumurtalıq şişi ilə yaşayan yaşlı qadının həyatını xilas ediblər. Bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 95 yaşlı qadın xəstə güclü qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər təqaüdçüdə nəhəng yumurtalıq şişi aşkar ediblər. Ölçüsü 25-30 sm olan xoşxassəli şiş 20 il ərzində qadının daxili orqanlarını sıxaraq onların normal fəaliyyətinə mane olub.

“Çıxış yolu yox idi - cərrahi müdaxilə tələb olunurdu. Mümkün qədər sağlam toxumaları qoruyub saxlamağa və orqanın heç olmasa kiçik bir hissəsini saxlamağa çalışdıq”, - cərrahiyyə şöbəsinin müdiri Muxambetali Miydinov bildirib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər