Aprelin
16-da Yer kürəsində G2 sinfinə aid maqnit qasırğası proqnozlaşdırılır.
Bu
barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası
İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alimlərin
fikrincə, aprelin 14-də səhər tezdən maqnit dalğaları gözlənilir. Üç gün ərzində
onların intensivliyi tədricən artaraq kosmik fırtınanın orta dərəcəsinə uyğun gələn
G2 səviyyəsinə çatacaq.
Axşama
yaxın qasırğa bir qədər zəifləyib G1 səviyyəsinə enəcək və tədricən başa
çatacaq. Lakin proqnozlara görə, aprelin 16-da axşam Bakı vaxtı ilə saat
19:00-dan başlayaraq maqnit qasırğası pik həddinə çatacaq.
Bundan
əlavə, aprelin 17-də geomaqnit fonunda artım proqnozlaşdırılsa da, qasırğa səviyyəsinə
çatmayacaq.
Növbəti
maqnit qasırğaları aprelin 22-i və 24-də gözlənilir.
Qeyd
edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 50-dən yuxarı olanlar və hər
hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə
başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı, eləcə də
yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon,
kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Məsələ ilə bağlı News365.az -ya danışan həkim Rasif Bağırov
həmin günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib
hesab edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları
müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi
təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az