Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın tərksilah prosesi ilə bağlı tarixi çıxışında duyğulu anlar yaşanıb.
AK Partiyanın Kızılcahamamda keçirilən 32-ci Məşvərət və Qiymətləndirmə Toplantısında çıxış edən Ərdoğan həm siyasi, həm də sosial baxımdan güclü mesajlar verib.
Çıxış zamanı tamaşaçılar arasında coşqu və emosional anlar yaşanıb. Ən diqqət çəkən məqamlardan biri də həyat yoldaşı Əminə Ərdoğanın göz yaşlarına hakim ola bilməməsi olub. Əminə Ərdoğan çıxışının sonunda ərini qucaqlayaraq çiynində ağlayıb.