Xaçmazda həyətində çətənə kolu yetişdirən şəxslər saxlanılıblar - FOTO

Xaçmazda həyətində çətənə kolu yetişdirən şəxslər saxlanılıblar - FOTO
10:52

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News365.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 56 yaşlı Eldar Şeydayev və 57 yaşlı Bayram Əkbərov saxlanılıblar.

Həmin şəxslərin yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram olan 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər çətənə kollarını həyətyanı sahələrində kultivasiya yolu ilə yetişdirib və onlara aqrotexniki qulluq göstəriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada