Vergi orqanları Həbibin təşkilatlarının hesablarını blokladı

Vergi orqanları Həbibin təşkilatlarının hesablarını blokladı
12 Noy 2024 09:58

Rusiyanın Federal Vergi Xidməti Ultimate Fighting Championship (UFC) üzrə keçmiş çempion, məşhur idmançı Həbib Nurməhəmmədovun təşkilatlarının hesablarını bloklayıb. Bu barədə Mash Telegram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, söhbət döyüşçünün təsisçisi olduğu “Futbol topu Muzeyi” və “Təhsil, İdman və Sosial Təşəbbüslərin İnkişafı Fondu” şirkətlərindən gedir.

“Yəqin ki, məlumatlarda və təqdim olunan rəsmi sənədlərdə müəyyən yalnışlıqlar olub. Fond 2021-ci ildə təsisçiləri haqqında məlumatları gizlədib. Həbib isə muzeyi bir QHT vasitəsilə idarə edib”, - mesajda deyilir.

İyulun 1-də də Federal Vergi Xidməti keçmiş çempionun hesablarına həbs qoymuşdu. Mash Telegram kanalı xatırladıb ki, həbsə səbəb idmançının 297 milyon rubl məbləğində borcu olub. Bundan əvvəl vergi rəsmiləri rəsmi sənədlərdəki qeyri-dəqiq məlumatlara görə Nurməhəmmədovun bir neçə şirkətini bağlamışdılar. Avqustun 15-də SHOT Telegram kanalı döyüşçünün bütün borclarını ödədiyini bildirib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər