Əməkdar artist Vasif Məhərrəmli "Rəngarəng" verilişinin qonağı olub.
News365.az xəbər verir ki, sənətçi həmkarlarına iradını bildirib.
Vasif Məhərrəmli son zamanlar bəzi müğənnilərin məclislərdə onlara təqdim edilən pul hədiyyələrini kameraya çəkib sosial şəbəkələrdə paylaşmasını düzgün hesab etmədiyini vurğulayıb.
Məhərrəmli bu halın həm sənət adamının imicinə xələl gətirdiyini, həm də məclis sahibinin narahat olmasına səbəb olduğunu deyib:
"Toyda, nişanda pulu sizə hörmət əlaməti olaraq verirlər. Onu çəkib paylaşmaq doğru deyil. Sənət adamı davranışı ilə nümunə olmalıdır".