Ukrayna Silahlı Qüvvələrində (VSU) boşluğu doldurmaq üçün hərbi kadrların “kritik çatışmazlığı” yaşanır. Ukraynanın “Strana” nəşrinin yaydığı məlumata görə, bunu Ali Radanın deputatı Georgi Mazuraşu deyib.
"Biz çox gözəl başa düşürük ki, hazırda ordu üçün ciddi kadr çatışmazlığı var. Əlbəttə ki, başınızı quma soxub, hər şeyin qaydasında olduğunu, hamının orduya məcburi göndərilməsinin lazım olduğunu və bunun problemi birtəhər həll edəcəyini iddia etməyə davam edə bilərsiniz. Amma biz onu da anlayırıq ki, bu bəzi axmaq adamlar üçün hesablanıb...", - o qeyd edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural