Ukrayna müharibəsi 2026-cı ildə bitə bilərmi? — 3 real ssenari

Ukrayna müharibəsi 2026-cı ildə bitə bilərmi? — 3 real ssenari
11:39

Ukraynadakı müharibənin 2026-cı ilin sonuna qədər bitməsi çox az ehtimal olunur.

Bu barədə The Wall Street Journal yazıb.

Nəşr üç əsas ssenari irəli sürür:

1. Müharibənin davamı (ən real ssenari)

Hər iki tərəf mövqeyindən geri çəkilmir, danışıqlar isə nəticəsiz qalır. Müharibə tükəndirmə formatında davam edir.

2. Ukraynanın zəifləməsi və güzəşti

Ukrayna ordusunun resursları tükənərsə, Kiyev ərazi güzəştlərinə, ordunun məhdudlaşdırılmasına və zəif təhlükəsizlik zəmanətlərinə razı qala bilər.

3. Rusiyanın zəifləməsi

Sanksiyalar, iqtisadi durğunluq və enerji gəlirlərinin azalması Rusiyanın müharibəni davam etdirməsini çətinləşdirə və Moskvanı kompromisə məcbur edə bilər.

WSJ vurğulayır ki, müharibənin tez bitməsi ehtimalı zəifdir, çünki tərəflər hələ kompromisə hazır deyil.


Sizin reklam burada
Sizin reklam burada