İsrailin Baş naziri Benyamin Netanyahu onun guya öldüyü barədə yayılan şayiələrə münasibət bildirib.
Baş nazir sosial şəbəkələrdə yayılan və saxtalaşdırıldığı iddia edilən videoya münasibət bildirib.
Qeyd edək ki, baş nazirin daha əvvəlki videomüraciətində kadrlarda bəzi istifadəçilər onun əlində guya altı barmaq olduğunu iddia edərək müxtəlif sui-qəsd nəzəriyyələri irəli sürmüşdülər.
Netanyahu isə buna cavab olaraq bu gün kafedə çəkilmiş video paylaşıb. Görüntüdə o, kapuçino götürərək zarafatla belə deyib:
"Sadəcə ölürəm - qəhvə istəyindən! Xalqım naminə özümü qurban verirəm. Barmaqlarımın neçə dənə olduğunu saymaq istəyirsən?".
Bununla o, sosial şəbəkələrdə yayılan ölüm xəbərlərini və iddiaları istehzalı şəkildə təkzib edib.