Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna - ZƏRBƏ ENDİRDİ

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna - ZƏRBƏ ENDİRDİ
09:17

Ukrayna Leninqrad vilayətində yerləşən Kiriş neft emalı zavoduna hücum edib.

 Vilayətin qubernatoru Aleksandr Drozdenko bildirib ki, Kiriş şəhəri yaxınlığında üç pilotsuz uçuş aparatı vurulub, lakin onların qalıqları müəssisə ərazisində yanğına səbəb olub.

Onun sözlərinə görə, yanğın qısa müddətdə söndürülüb, xəsarət alan və ya ölən yoxdur.

Qeyd olunur ki, Kiriş neft emalı zavodu Rusiyanın ən iri müəssisələrindən biri hesab olunur və ildə təxminən 20 milyon ton nefti emal etmək gücünə malikdir.


Sizin reklam burada
Sizin reklam burada