Ukrayna hər gün bir kənd itirir

Ukrayna hər gün bir kənd itirir
13:25

Ukraynada gərgin döyüşlər davam edir. Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Ukraynanın ərazisi sayılan qondarma Donetsk Xalq Respublikasının ("DXR") Çervona Zirka yaşayış məntəqəsini nəzarətə götürüblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Xatırladaq ki, dünən nazirlik Xarkov vilayətində yerləşən Novaya Kruglyakovka kəndi üzərində nəzarəti ələ keçirdiklərini də bəyan etmişdi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada