Ukrayna artıq Rusiyaya məğlub olub -ABŞ nəşri

Ukrayna artıq Rusiyaya məğlub olub -ABŞ nəşri
10:10

Ukrayna artıq Rusiya ilə yaşadığı münaqişəni uduzub. Rəsmi Kiyev böhranın nizamlanması şərtləri gələcəkdə daha da pisləşməsin deyə elə indi razılaşmaya razı olmalıdır. Bu barədə Amerikanın "19FortyFive" portalı yazıb.


Müəllif qeyd edib ki, artıq vaxt gedir və Ukrayna müharibəni uduzacaq: "Ukrayna ya reallığı etiraf edib diplomatik yolla elə indi razılaşmaya qol qoya bilər, ya da reallığa məhəl qoymayaraq ölkənin açıq hərbi məğlubiyyətə uğraması şansını artıracaq".


Məqalədə o da vurğulanıb ki, Zelenskinin əlverişsiz şərtlərlə müharibəni bitirməkdən yayınmaq imkanı yoxdur.

Bundan əvvəl Donald Tramp Rusiyanın atəşkəslə bağlı mövqeyindən asılı olmayaraq Ukrayna liderini Türkiyəyə danışıqlara getməyə çağırıb. Vladimir Zelenski bununla razılaşıb və münaqişənin həlli üçün Vladimir Putinlə şəxsən görüşmək niyyətində olduğunu bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada