Ukrayna Ali Radasında kütləvi zəhərlənmə

Ukrayna Ali Radasında kütləvi zəhərlənmə
16:14

Ukrayna Ali Radasında deputatların kütləvi zəhərlənməsi baş verib.

News365.az xəbər verir ki, bu barədə "Strana" nəşri parlament üzvü Yaroslav Jeleznyaka istinadən məlumat yayıb.

Deputat ehtimal edib ki, kütləvi zəhərlənmə parlamentin yeməkxanasında qidalanma sonrası baş verib.

Nəşr qeyd edib ki, son vaxtlar Ukraynada rotavirus infeksiyası yayılıb.

Yerli mətbuatın yazdığına görə, özünü yaxşı hiss etməyən deputatların heç də hamısı yeməkxanada qida qəbul etməyib.

Radada təmsil olunan "Xalqın xidmətçisi" hökumət fraksiyasının deputatlarından biri Ukrayna parlamentində kütləvi zəhərlənmə baş verdiyini təsdiqləyib.

Adı açıqlanmayan deputatın sözlərinə görə, təkcə onun təmsil olunduğu fraksiyadan onlarla insan zəhərlənib.

Onun dediyinə görə, simptomlar arasında 40 dərəcəyə yaxın hərarət, həmçinin ishal və qusma var. Deputat digər parlament fraksiyalarındakı həmkarlarının vəziyyətindən xəbərsiz olduğunu deyib.


Sizin reklam burada
Sizin reklam burada