Türkiyədə ZƏLZƏLƏ oldu – Məktəblər BAĞLANDI

Türkiyədə ZƏLZƏLƏ oldu –  Məktəblər BAĞLANDI
18 Apr 2024 09:31

Türkiyədə 4,7 maqnitualı zəlzələ olub.

Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tokat şəhərinin Sulusaray rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 9,97 km dərinlikdə yerləşib. 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Baş verən zəlzələyə görə Türkiyənin Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblər bağlanıb.

Tokat valisinin sözlərinə görə, heç bir mənfi hadisə yaşanmasa da, təhlükəsizlik səbəbi ilə belə qərar verilib.


Youtube kanalımız

Oxşar xəbərlər