Türkiyədə yanğın baş verib: 2 uşaq həyatını itirdi

Türkiyədə yanğın baş verib: 2 uşaq həyatını itirdi
11 Apr 2025 14:48

Türkiyənin Sakarya bölgəsində baş verən yanğın faciə ilə nəticələnib.

News365.az türk mediasına istinadən xəbər verir ki, toyuq fermasında işləyən bir ailənin qaldığı evdə baş verən hadisədə iki uşaq həyatını itirib.

Yanğının baş verməsi ilə əlaqədar bölgəyə dərhal xilasetmə, sağlamlıq qrupları göndərilib. Hadisə yerinə çatan yanğın söndürənlər tərəfindən aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alov nəzarət altına alınaraq söndürülüb.

Faktla bağlı araşdırmalar davam edir.


Sizin reklam burada
Sizin reklam burada