"Leman" jurnalının baş redaktoru Aslan Özdemir yayımlanan qalmaqallı karikatura ilə bağlı başladılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə çıxarılıb.
News365.az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, o, xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunur. Şübhəli ölkədən qaçmaq istəyərkən aeroportda saxlanılıb.
Xatırladaq ki, İstanbul Prokurorluğu "Leman" jurnalında Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edən karikaturaya görə təhqiqat başladıb.