Denizli şəhərinin Merkezefendi rayonunda baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.
News365.az -ın xəbərinə görə, Menderes Bulvarında Sabri Tığlı (26) idarə etdiyi 20 R 9599 nömrəli avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yolayrıcındakı ağaca çırpılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.
Təcili tibbi yardım briqadalarının apardığı yoxlamada avtomobildə sıxılmış vəziyyətdə olan Ezgi Elçin Ünal (22) və İbrahim Baran Tuncer (23)-in həyatını itirdiyi müəyyən edilib.
Sürücü Sabri Tığlı isə ambulansla Denizli Dövlət Xəstəxanasına çatdırılıb və onun həyatının təhlükədə olduğu bildirilib.
News365.az