Xəbərdarlıq edirəm: Türkiyə yeni İrandır. Rəcəb Tayyib Ərdoğan isə İsraili mühasirəyə almaq istəyən mürəkkəb və təhlükəli rəqibdir. Gözlərimizi yenidən yummamalıyıq.
News365.az xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennett deyib.
“Bəzi israilli rəsmilər Qətərdən maaş alarkən Qətər və Suriyada möhkəmlənən və İsrailin razılığı ilə Qəzzada mövcud olan Türkiyə, İrandakına bənzər yeni, qorxunc bir ”Müsəlman Qardaşları” oxunu qidalandırır. Həmçinin Səudiyyə Ərəbistanını bizə qarşı qızışdırmağa çalışır.
Biz həm Tehrandan gələn təhdidə, həm də Ankaradan gələn düşmənçiliyə qarşı paralel şəkildə və müxtəlif yollarla hərəkət etməliyik”, - Bennett əlavə edib.