Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
News365.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.
“26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində günahsız mülki şəxslərə qarşı törədilən qırğını qınayırıq.
Xocalıdakı vəhşilik vicdanımızda utancverici bir ləkə olaraq qalır. Qətlə yetirilən 613 nəfərin, yaralananların, əsir götürülən və itkin düşmüş bütün azərbaycanlı qardaş və bacılarımızın ağrısını həmişə qəlbimizdə daşıyırıq”, - bəyanatda qeyd olunub.