İsrail ordusu Livanda raket qurğusunu məhv etdi - VIDEO

İsrail ordusu Livanda raket qurğusunu məhv etdi - VIDEO
11:51

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livan ərazisinə endirilən gecə zərbəsi zamanı İsrail istiqamətində atəş açmağa hazır vəziyyətə gətirilmiş raket qurğusunun məhv edildiyini bildirib. 

İsrail ordusunun rəsmi açıqlamasında deyilir ki, qurğu aşkar edildikdən qısa müddət sonra vurulub və bununla da mümkün buraxılışın qarşısı alınıb.
 

İsrail ordusunun son aylardakı rəsmi məlumatlarında Livanın cənubunda və Bəkaa vadisində “hazır vəziyyətə gətirilmiş” və ya artıq istifadə edilmiş raket qurğularına qarşı zərbələrin davam etdiyi görünür.


Martın 28-i və 7-si ilə bağlı açıqlamalarda da SAXAL onlarla raket qurğusunu, silah anbarlarını və digər hərbi infrastruktur obyektlərini vurduğunu bildirmişdi.

Reuters-in son materiallarına görə, Livan-İsrail xəttində atəşkəsə baxmayaraq, zərbələr və qarşılıqlı hücumlar dayanmayıb. Agentlik yazır ki, İsrail son həftələrdə Livanda genişmiqyaslı hücumlarını davam etdirib və bunu “Hizbullahın imkanlarını zəiflətmək” məqsədi ilə əsaslandırır.


Sizin reklam burada
Sizin reklam burada