Türkiyə və Ermənistan nazirləri görüşüb

Türkiyə və Ermənistan nazirləri görüşüb
18:15

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Ermənistanın ərazi idarəetmə naziri David Xudatyanla görüşüb.

News365.az xəbər verir ki, bu barədə Alparslan Bayraktar sosial media platformasında məlumat yayıb.

Bildirilib ki, İstanbulda keçirilən görüşdə Türkiyə ilə Ermənistan arasında enerji sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.


Sizin reklam burada
Sizin reklam burada