Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
News365.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 16-sı saat 15:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, Şahdağda isə arabir qar yağması müşahidə olunur. Belə ki, Zaqatala, Qax (Sarıbaş), Balakən, Xızı, Qrız, Xınalıq, Qəbələ, Qobustan, Qusar (Laza), Quba, Xaltan, Xaçmaz, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl, Tovuz, Ağstafa, Mingəçevir, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlıda arabir şimşək çaxır, yağış yağır.
Saat 12:53-12:58 radələrində Şuşa şəhərində diametri 10-13, saat 14:12-14:16 radələrində Laçın rayonunun Minkənd, Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 18 m/s-dək güclənir.