"Türkiyə dəfələrlə Suriyanın darmadağın olacağı barədə xəbərdarlıq edib"- Şair Ramaldanov

"Türkiyə dəfələrlə  Suriyanın darmadağın olacağı barədə xəbərdarlıq edib"- Şair Ramaldanov
12 Mar 2025 10:15

"Türkiyə artıq Suriyada olan bütün qüvvələri, Suriyanın parçalanmasına doğru yönələn və xüsusilə Suriyanı parçalamaq istəyən qüvvələri, xaricdən olan təsirləri hiss edirlər. "

Hərbi ekspert Şair Ramaldanov bunu News365.az-a açıqlamasında deyib. 

"Digər amil isə, əlbəttə ki, qardaş Türkiyənin bu gün Suriya hökumətinin yanında olması, Suriyanın parçalanmaqdan qorunması, orada demokratik proseslərin inkişafına dəstək verməsi və PKK kimi amilə qarşı mübarizə aparmasıdır. Biz bilirik ki, Türkiyə dəfələrlə silahı yerə qoymasa və oradakı hakimiyyətə tabe olmasa, Suriyanın darmadağın olacağı barədə xəbərdarlıq edib. Artıq, əlbəttə ki, bu öz nəticəsini verir və proseslər bu şəkildə inkişaf edərsə, mən düşünürəm ki, gələcəkdə Suriyada demokratik prinsiplərə əsaslanan proseslər inkişaf edəcək və bütün Suriyanın bütöv qalmasında mühüm rol oynayacaq. Mənə elə gəlir ki, artıq Suriyada olanlar da bunu dərk edirlər. Çünki belə baxsaq, Suriyanı nə gözləyir? İndi orada mübariz bir hökumət var, sonra isə proseslər elə davam etməlidir ki, orada seçkilər, demokratik seçkilər təmin olunsun və bu seçkilərin nəticəsində artıq xalq tərəfindən seçilmiş bir hökumət bu proseslərə rəhbərlik edib idarə etməlidir."


Sizin reklam burada
Sizin reklam burada