Türkiyə böyük gücdür, xəritə baxdıqda... - Braje

Türkiyə böyük gücdür, xəritə baxdıqda... - Braje
15 May 2025 21:15

Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk.


News365.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində səfərdə olan Latviyanın xarici işlər naziri Bayba Braje "CNN Türk"ə müsahibəsində deyib.


O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək konstruktiv mövqe ortaya qoyur:


“Türkiyə bir çox məsələdə, o cümlədən əsirlərin mübadiləsində və danışıqlarda mühüm rol oynayır”.


Nazir, həmçinin qeyd edib ki, Ankara NATO-nun mühüm tərəfdaşıdır:


“Xəritədən də məlum olur ki, bütün cənub qanadımız Türkiyədir. Məsafə baxımından uzaq olmağımıza baxmayaraq, Türkiyə bizim üçün də çox önəmlidir. Türkiyə böyük gücdür”.


Sizin reklam burada
Sizin reklam burada