Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı
15 May 2025 23:45

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.


News365.az Report-a istinadən xəbər verir ki, rəsmi məlumatda deyilir: 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub.


Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır.


Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tiflisdə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib.


Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Sizin reklam burada
Sizin reklam burada