Burkina Fasoda prezident Traorəyə sui-qəsd planının qarşısı alınıb.
News365.az xəbər verir ki, Burkina Faso hakimiyyəti ölkə lideri İbrahim Traorəyə qarşı sui-qəsd planının vaxtında aşkar edilərək qarşısının alındığını bəyan edib.
Rəsmi məlumatlara görə, planın həyata keçirilməsinə cəmi bir neçə saat qalmış təhlükəsizlik qüvvələri müdaxilə edib.
Hakimiyyət orqanları sui-qəsdin təşkilində sabiq prezident Pol-Anri Damibanı ittiham edir və planın xaricdən maliyyələşdirildiyini bildirir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir, əlavə detalların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.